Küveytdə yaşayış binasında güclü yanğın | Nazirdən təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Küveytin cənubundakı Manqaf şəhərində işçilərin qaldığı binada səhər saatlarında güclü yanğın baş verib.
Hadisə nəticəsində azı 40 nəfər yanaraq ölüb.
Yerli medianın məlumatına görə, yanğının baş verdiyi binada çoxlu sayda işçi olub və onlardan bəziləri xilas edilib.
Ölkənin Baş nazirinin müavini Fəhad Yusif Əl-Sabah bildirib ki, mülk sahiblərinin pula qənaət etmək istəyi bu faciənin yaşanmasına səbəb olub:
“Yaranmış məlum durumdan sonra mən ərazi üzrə bələdiyyə nümayəndəsi ilə əlaqə saxlayıb lazımi göstərişləri verdim. Bildirdim ki, ya tikintinin sahibi təhlükəsizliyin təminatına zamin duracaq, ya da onun rəhbərliyi ilə tikilməkdə olan binalar söküləcək.
Bu sahibkarlara dərs olsun ki, təhlükəsizliyə əməl olunmadıqda hansı itkilər baş verə bilər. Cəzalandırılacaq adamların kimliyini isə araşdırmalardan sonra müəyyən edəcəyik. 41 nəfərin həlak olmasının səbəbkarı əmlak alverçiləridir”.
Yerli mediada binada məşkunlaşan işçilərin peşələri və gəldikləri ölkələrlə bağlı heç bir məlumat paylaşılmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.
#Küveyt teqi istifadə olunub
- Küveyt Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq
- Küveytdə qalmaq üçün 10 illik hüquq yaradıldı
- Bəhreyn və Küveyt İrana gizli zərbələr endiriblərmiş
- İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib, yaralılar var
- Yaxın Şərqdə vəziyyət gərginləşir | Hədəfdə hansı ölkələrdir? - Baku TV CANLI
