Lavrov ilə Rubio arasında vacib telefon danışığı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefonla danışıb.
Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd olunub ki, tərəflər əvvəlki administrasiyadan miras qalmış əməkdaşlıq yolundakı maneələrin aradan qaldırılması barədə razılığa gəliblər.
Həmçinin aktual beynəlxalq mövzular, Ukrayna və Fələstin ətrafında vəziyyət müzakirə olunub. Tərəflərin müntəzəm əlaqələr, o cümlədən ən yüksək səviyyədə Rusiya-ABŞ görüşünün hazırlanması barədə razılığa gəldikləri bildirilib.
Qeyd edək ki, fevralın 12-də Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp telefon danışığı aparıb və Rusiya-Ukrayna müharibəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.
