Liderlər telefonda nə danışdılar? | "ABŞ İrana hücumu dayandırmalıdır" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığının detallarını açıqlayıb.
Bu barədə Pezeşkian "X"dəki hesabında yazıb.
"Söhbət zamanı vurğuladım ki, bu dəhşətli müharibəni İran başlatmayıb" deyən Pezeşkian əlavə edib ki, ölkənin işğaldan müdafiə olunmaq hüququ var.
İran Prezidentinin sözlərinə görə, ABŞ-nin bölgədəki bazalarından İrana hücumlar dayandırılmalıdır, çünki bu, Tehranın qonşu ölkələrlə münasibətlərinə mənfi təsir göstərir.
"ABŞ və İsrailin hücumları dayandırılmadan regionda sülh və sabitliyə nail olmaq mümkün deyil. İran İslam Respublikası təslim olmayacaq. Biz qlobal ictimaiyyətin bu hücumları qınamasını gözləyirik. Yalan məlumatlar əsasında müharibəyə başlamaq XXI əsrə yox, orta əsrlərə aid addımdır", – deyə İran Prezidenti ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatları qiymətləndirərkən vurğulayıb.
Onun sözlərinə görə, İrana təhlükəsizlik zəmanətləri verilənə qədər müharibə davam edəcək.
Qeyd edək ki, prezidentlərin telefon danışığı martın 16-da gecə saatlarında olub.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
