Pleyeri seçin:

Livanda aşkarlanan yeraltı yollar | Hizbullahla bağlı sensasiyalı açıqlama

20 fevral 2024 115 baxış

“HİZBULLAH hərbi qruplaşmasının tunel şəbəkəsi HƏMAS-ın Qəzza zolağındakı tunellərdən daha təhlükəlidir”.

Belə bir məlumatla Fransanın “Liberation” nəşri çıxış edib. Xəbərə görə, qruplaşma 30 ildən də uzun bir müddət ərzində dərinliyi 40-80 metr arasında dəyişən yüzlərlə kilometr uzunluğunda tunellər qazıb.

Onların hətta İsrailə və Suriyaya çatdığı bildirilir.

Nəşrdə bu yeraltı yolların HƏMAS-ın qazdığı tunellərlə müqayisədə daha mürəkkəb və təhlükəli olduğu, hətta bəzilərinin partladılması zəlzələ və ya torpaq sürüşməsi ilə nəticələnə biləcəyi vurğulanıb.

Məlumata görə, HİZBULLAH sözügedən yeraltı keçid şəbəkəsini 2006-cı ildə İkinci Livan müharibəsindən sonra Şimali Koreya və İranın köməyi ilə yaradıb. Sözügedən məsələ ilə bağlı İsrailin “Alma” tədqiqat və təhsil mərkəzi də yazı dərc edib.

Xəbərə görə, onlarla kilometr uzunluğunda olan bu regionlararası yeraltı yollar şəbəkəsi hərbi qruplaşmanın mərkəzi qərargahının yerləşdiyi Beyrut bölgəsini, Bekaa vadisini və Livanın cənubunu birləşdirir.

Tunellərin və istehkamların bir hissəsi Litani çayının şimalındakı ikinci müdafiə xəttində yerləşir və İsrail işğalının qarşısını almaq üçün müdafiə xəttinə malikdir.

Bundan əlavə, tunellərin yerləşdiyi ərazilərdə HİZBULLAH-ın külli miqdarda tikinti materiallarından istifadə etdiyi və sakinlərin yaşayışına nəzarət etdiyi də vurğulanıb. Məlumata görə, ərazidə idarəetmə qüllələri, sursat və təchizat anbarları, səhra klinikaları və raketlərin buraxılması üçün istifadə edilən xüsusi siloslar var.

Banner
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 115 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 115 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 115 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 115 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 115 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 115 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 115 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 115 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 115 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 115 baxış
Seçilmişlər
icon