Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub.
Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub.
Cütlük Vyanadakı Müqəddəs Pyotr kilsəsində keçirilən mərasimdə nikah bağlayıb. Şahzadə Mariya nənəsindən miras qalan, firuzəyi daşlar və brilyantlarla bəzədilmiş tarixi tac taxıb. Zurab Dzidziguri isə mərasimdə Gürcüstanın ənənəvi kişi geyimi olan çoxa geyinib. Beləliklə, hər iki tərəf toy mərasimində öz milli və ailə ənənələrinə hörmət nümayiş etdirib.
Məlumata görə, fərqli ölkələrdə böyüyən cütlük 2011-ci ildə Tbilisdə tanış olub. Həmin vaxt şahzadə Mariya şəhərdə işləyir, eyni zamanda turizm agentliyinə rəhbərlik edirdi. İnnovasiya layihələrinin idarə edilməsi sahəsində çalışan Zurabla iş münasibətləri əsasında başlayan yaxınlıq sonradan sevgiyə çevrilib.
Cütlük münasibətlərini beş il ərzində ictimaiyyətdən gizli saxlamağa üstünlük verib. Toydan sonra Zurabın bacısı Kristine onların hekayəsini gürcü atalar sözü ilə ifadə edib: “Qismət səni hara aparacaqsa, ayaqların da ora aparacaq”.
