Pleyeri seçin:

Londonun Avropa ilə gələcək münasibətləri üçün yeni variantlar hazırlanır? - Baku TV

01 oktyabr 2026

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin Avropa İttifaqı (Aİ) ilə uzunmüddətli münasibətlərinin yenidən formalaşdırılması çərçivəsində quruma təkrar qoşulmağın da mümkün variantlardan biri kimi nəzərdən keçirilə biləcəyini bildirib.

Baş nazir BBC-yə müsahibəsində mövcud “Brexit” modelinin ölkəyə xeyirdən çox zərər verdiyini deyib və Avropa ilə münasibətlərin yaxşılaşdırılması üçün hansı addımların real şəkildə mümkün olduğunu araşdırmaq istədiyini söyləyib.

O, bir gün əvvəl Leyboristlər Partiyasının illik konfransındakı çıxışında ilin sonuna planlaşdırılan Böyük Britaniya–Aİ sammiti ərəfəsində ölkənin Avropa ilə gələcək münasibətlərinə dair müxtəlif variantları ictimaiyyətə təqdim edəcəyini bildirmişdi.

Baş nazir Böyük Britaniyanın ən böyük bazarı olan Avropa ilə uzunmüddətli münasibətlərinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb. Ötən həftə Börnhem növbəti ümumi seçkilərdə Aİ-yə yenidən qoşulmaq üçün mandatın istənilməsi ehtimalını da istisna etməmişdi.

Bununla belə, Makerfield dairəsində keçirilən əlavə seçkilər zamanı o, “Brexit” müzakirələrini yenidən başlatmaq niyyətində olmadığını və Böyük Britaniyanın Aİ-yə qayıtmasını təklif etmədiyini bildirmişdi.

Baş nazirin son açıqlamaları Leyboristlər Partiyasının 2024-cü il seçki manifestindəki mövqedən mümkün dəyişiklik kimi qiymətləndirilir. Həmin manifestdə Aİ-yə, eləcə də vahid bazar və gömrük ittifaqına yenidən qoşulmaq istisna edilmişdi.

Mühafizəkarlar isə hökumətin bu yanaşmasını tənqid edərək bunun “Brexit”lə bağlı əvvəlki siyasi mübahisələri yenidən gündəmə gətirə biləcəyini bildiriblər.

Rusiya Kalininqrad üçün nüvə silahına əl atacaq? - Baku TV CANLI

Rusiya Kalininqrad üçün nüvə silahına əl atacaq? - Baku TV CANLI

Dünya
01 oktyabr 2026
“Bu, Türkiyəyə qarşı təhdiddir” | Ankara F-35 proqramına daxil olacaq? - Baku TV

“Bu, Türkiyəyə qarşı təhdiddir” | Ankara F-35 proqramına daxil olacaq? - Baku TV

Dünya
01 oktyabr 2026
Pakistanın hədəf aldığı mövqelərdə nə var idi? - Baku TV CANLI

Pakistanın hədəf aldığı mövqelərdə nə var idi? - Baku TV CANLI

Dünya
01 oktyabr 2026
Britaniyanın Avropa İttifaqına qayıtması ehtimalına Makron müsbət münasibət bildirib

Britaniyanın Avropa İttifaqına qayıtması ehtimalına Makron müsbət münasibət bildirib

Dünya
01 oktyabr 2026
Aviazərbələrin hədəfinin mülki şəxslər olmadığı bildirilib

Aviazərbələrin hədəfinin mülki şəxslər olmadığı bildirilib

Dünya
01 oktyabr 2026
Köçkün düşərgəsində minlərlə insan susuzluq və xəstəliklərlə üz-üzə qalıb

Köçkün düşərgəsində minlərlə insan susuzluq və xəstəliklərlə üz-üzə qalıb

Dünya
01 oktyabr 2026
Kainatın ilk ulduzlarına dair araşdırmada hansı məqamlar üzə çıxıb?

Kainatın ilk ulduzlarına dair araşdırmada hansı məqamlar üzə çıxıb?

Dünya
01 oktyabr 2026
Fransada məktəblilər etiraz aksiyalarına qoşulub

Fransada məktəblilər etiraz aksiyalarına qoşulub

Dünya
01 oktyabr 2026
Moskvanın xəbərdarlığını təsdiqləyən Rutte Rusiya tərəfinə hansı çağırışı ünvanlayıb?

Moskvanın xəbərdarlığını təsdiqləyən Rutte Rusiya tərəfinə hansı çağırışı ünvanlayıb?

Dünya
01 oktyabr 2026
Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?

Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?

Dünya
01 oktyabr 2026
Seçilmişlər
icon