Madrid hərbi bazalarından istifadəyə icazə vermədi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail İranın Sərab şəhərinin yaşayış məntəqəsinə raket zərbəsi endirib.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Şəhər administrasiyasının binasına ciddi ziyan dəyib. Dağıntılar altından 10 yaşlı uşaq da daxil olmaqla 5 meyit çıxarılıb. Həlak olanların sayının artacağı istisna edilmir.
ABŞ Mərkəzi Komandanlığı isə itkilərinin sayını açıqlayıb. Bildirilib ki, Yaxın Şərqdəki əməliyyat zamanı 4 amerikalı hərbçi həlak olub. Yaralıların sayı 18-ə çatıb.
İsrailin İrana qarşı hərbi əməliyyatı ən azı bir həftədən çox davam edəcək. Bu barədə İsrail Müdafiə Ordusunun məlumatında deyilir.
Qeyd olunur ki, İrana son zərbələr zamanı ballistik raket buraxılış qurğuları və hava hücumundan müdafiə obyektləri vurulub. İranın nüvə obyektləri hələ ki hücumların hədəfi deyil.
Bu arada İspaniya ABŞ-yə öz hərbi bazalarından İrana qarşı istifadəyə icazə verməyib. Ölkənin xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, hökumət ikitərəfli razılaşmaya və BMT Nizamnaməsinin müddəalarına uyğun gəlməyən hərəkətlər üçün bazaların istifadəsinə icazə verməyəcək. O, Avropa İttifaqını gərginliyin azaldılmasına və tərəflərin dialoqa qaytarılmasına kömək etməyə çağırıb.
#İsrail-İran müharibəsi teqi istifadə olunub
- Netanyahu ABŞ-İran razılaşması və İranla müharibənin nəticələri barədə nələri açıqladı? - Baku TV
- Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı | Netanyahunun siyasəti Trampı narahat edir- Baku TV
- İyunun 7-də İranın İsrailə zərbəsi ilə bağlı mühüm detallar
- İran atəşkəsdən sonra ilk dəfə İsrailə raket atıb | Yaxın Şərqdə vəziyyət gərginləşdi - Baku TV
- Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrailin hava hücumlarına məruz qalıb - Baku TV
