Pleyeri seçin:

Medvedev və Zaxarova Avropaya od püskürdü | Sərt cavab

15 mart 2024 285 baxış

Rəsmi Moskva Avropa İttifaqının “Rusiyaya verilən qızılların Rumıniyaya qaytarılması” ilə bağlı qəbul etdiyi qətnaməyə cavab verib.

Ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu tələbi əsassız və dəxlisiz adlandıraraq qarşı tərəfi təhqir etməkdən də çəkinməyib:

“Aİ Rusiyadan 300 milyard dollarlıq aktiv oğurlayıb və Rumıniyanın qızıllarının geri qaytarılmasını istəyir. Mövcud duruma dair rus dilində deyiləcək heç bir kəlimə yoxdur, olanları isə çox pis çıxır”.

Sözügedən sənədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadan da cavab gecikməyib. O, açıqlamasında rumınların yalan danışdığını deyib:

“Rusiyanın Rumıniyaya heç bir borcu yoxdur. Tam əksinə, məhz Rumıniyanın Rusiyaya bütün qızıl ehtiyatından 20-25 dəfə çox borcu var. 1916-1917-ci illərdə Rusiyaya ixrac edilmiş qızıl bunun heç bir faizi də deyil.

Hitlerin keçmiş müttəfiqi olan Rumıniya rusofob platformalardan, istənilən anti-Rusiya addımlara yol verən Avropa Parlamentindən istifadə edərək öz fantom əsrlik borclarını, acınacaqlı vəziyyəti düzəltmək məqsədilə üzərimizə atmağa çalışır”.

Qeyd edək ki, Avropa Parlamenti Rusiyanı qızıl və mədəni irs obyektlərini Rumıniyaya qaytarmağa çağıran qətnamə qəbul edib.

Məlumata görə, 1916-1917-ci illərdə Rumıniya işğal olunarkən Milli Bankın ehtiyatını təşkil edən 91,5 ton qızıl, zərgərlik məmulatları və nadir sikkələrin kral kolleksiyalarını, dövlət arxivləri və sənədlərini, qiymətli tarixi əlyazmalar, rəsm əsərləri, nadir kitablar və bir çox dövlət və özəl qurumların kolleksiyalarını qorunub saxlanılması üçün Rusiyaya göndərib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 285 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 285 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 285 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 285 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 285 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 285 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 285 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 285 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 285 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 285 baxış
Seçilmişlər
icon