Medvedevin fondlarının gəlirləri kəskin şəkildə artdı | Sensasiyalı detallar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə əlaqəli 15 fond Ukraynada müharibənin başlanmasından sonra hesablarındakı vəsaiti kəskin şəkildə artırıb.
Bu barədə "Moscow Times" məlumat yayıb.
Məlumata görə, keçən ilin sonuna həmin fondlarda 1,08 milyard dollar yığılıb. Fondlar arasında "Dar", "Sotsqosproyekt", "Qradislava", "Neva", "Yantarnı kray", "Naşa pravda" və başqaları var.
Sonuncusu – "Naşa pravda" 2023-cü ilin martında Dmitri Medvedevin təşəbbüsü ilə Rusiya ordusunu dəstəkləmək məqsədilə qeydiyyata alınıb. Bu fond ordunu dronlar, gecə görmə cihazları, nişangahlar və tibbi avadanlıqla təchiz edir. İki il ərzində "Naşa pravda" hərbi ləvazimatlara 30,4 milyon dollar xərcləyib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
