Əməliyyatlar şiddətləndi | 350 min fələstinli Qəzzadan çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza şəhərində müharibənin yeni və daha şiddətli mərhələsi başlayıb. İsrail Müdafiə Qüvvələri (SAXAL) 162-ci və 98-ci diviziyaların iştirakı ilə əməliyyat zonasını genişləndirərək strateji məhəllələrə nəzarəti artırıb. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, intensiv döyüşlər nəticəsində son həftələrdə 350 mindən çox fələstinli Qəzza şəhərini tərk edərək cənub bölgələrinə sığınıb. İsrail rəhbərliyi HƏMAS-ın mülki binalardan hərbi məqsədlər üçün istifadə etdiyini bəyan etsə də, qarşı tərəf bu iddiaları rədd edərək şəhərin sistemli şəkildə məhv edildiyini bildirir. Humanitar vəziyyətin kritik həddə çatdığı bölgədə BMT-nin son xəbərdarlıqları və qaçqınların qarşılaşdığı çətinliklər barədə bütün təfərrüatlar Baku TV-də.
#Qəzza zolağı teqi istifadə olunub
