Pleyeri seçin:

Mərhum ulduzlar ölümündən sonra da qazanmağa davam edir | Statistika açıqlandı

03 noyabr 2024 271 baxış

“Forbes” jurnalı 2024-cü ilin ən çox qazanan vəfat etmiş məşhurların siyahısını açıqlayıb.

Əfsanəvi “The Beatles” qrupunun üzvü, 1980-ci ildə dünyasını dəyişən Con Lennon 17 milyon dollar gəlirlə siyahıda onuncu yeri tutub. 54 yaşında faciəvi şəkildə həlak olan “Dostlar” filminin tanınmış aktyoru Metyu Perri ölümündən sonra ildə 17 milyon dollardan çox qonorar qazanmaqla siyahıda doqquzuncudur.

Amerikalı illüstrator və animator Çarlz M.Şulz 30 milyon dollar qazancı ilə səkkizinci pillədə qərarlaşıb. Ölümündən 40 ildən çox vaxt keçməsinə baxmayaraq, Bob Marlinin musiqisinə hələ də böyük tələbat var. “Bob Marley: One Love” adlı bioqrafiya filminin nümayişi ilə müğənninin qazancı 34 milyon dollara çatıb. Bu onu siyahıda yeddinci edib.

2016-cı ildə ölümündən sonra üç albomu çıxan Prince Rogers Nelson 35 milyon dollarla siyahıda altıncı pillədə qərarlaşıb. “Ocasek” qrupunun ən məşhur simalarından olan Rik Ocasek 45 milyon dollarla beşincidir.

1977-ci ildə vəfat edən amerikalı müğənni Elvis Presli 50 milyon dollar gəlirlə siyahıda dördüncü yeri tutur.

“Pulitzer” mükafatlı amerikalı uşaq yazıçısı Teodor Seuss Geisel isə bu il 74 milyon dollar qazanaraq üçüncü olub.

“Queen” qrupunun solisti Freddi Merkyuri dörd ildən sonra ilk dəfə hit-paradlara qayıdıb. O, 250 milyon dollar qazancla siyahıda ikinci yerdədir.

Pop ikonası Maykl Cekson 600 milyon dollarlıq sərvətlə siyahıya başçılıq edir. 25 iyun 2009-cu ildə vəfat edən Maykl Ceksonun ölümündən sonra ümumilikdə 3,3 milyard dollar qazandığı təxmin edilir.

Kopyalandı
Ərdoğanın Aşqabadda Beynəlxalq sülh və etimad forumunda çıxışı - Baku TV

Ərdoğanın Aşqabadda Beynəlxalq sülh və etimad forumunda çıxışı - Baku TV

Dünya
12 dekabr 2025 271 baxış
Ukrayna danışıqlarında yeni mərhələ | Trampdan vacib açıqlama

Ukrayna danışıqlarında yeni mərhələ | Trampdan vacib açıqlama

Dünya
12 dekabr 2025 271 baxış
AK prezidenti Trampa çağırış edib ki... | Rusiya senatoru Aleksey Puşkov

AK prezidenti Trampa çağırış edib ki... | Rusiya senatoru Aleksey Puşkov

Dünya
12 dekabr 2025 271 baxış
Venesuela tankerindəki neft müsadirə ediləcək?

Venesuela tankerindəki neft müsadirə ediləcək?

Dünya
12 dekabr 2025 271 baxış
NATO-nun Baş katibindən dünyaya çağırış

NATO-nun Baş katibindən dünyaya çağırış

Dünya
12 dekabr 2025 271 baxış
Ukrayna ABŞ-yə sülh planını yenidən təqdim edib

Ukrayna ABŞ-yə sülh planını yenidən təqdim edib

Dünya
12 dekabr 2025 271 baxış
2,3 milyard avro sabitliyin möhkəmləndirilməsinə ayrılıb

2,3 milyard avro sabitliyin möhkəmləndirilməsinə ayrılıb

Dünya
12 dekabr 2025 271 baxış
ABŞ-də sel fəlakətinin dəhşətli nəticəsi

ABŞ-də sel fəlakətinin dəhşətli nəticəsi

Dünya
12 dekabr 2025 271 baxış
Ukrayna dronlarla Moskvanı hədəfə aldı | Hücumlarla bağlı təcili xəbərdarlıq - Baku TV

Ukrayna dronlarla Moskvanı hədəfə aldı | Hücumlarla bağlı təcili xəbərdarlıq - Baku TV

Dünya
12 dekabr 2025 271 baxış
Hücumlar nəticəsində ölənlərin sayı 100-ü ötüb

Hücumlar nəticəsində ölənlərin sayı 100-ü ötüb

Dünya
11 dekabr 2025 271 baxış
Seçilmişlər
icon