Merz və Tramp vacib məsələdə razılığa gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ölkəsinin təhlükəsizlik məsələlərində daha böyük məsuliyyət daşıyacağını bəyan edib.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Merz söhbət zamanı Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib və almanlarla amerikalılar arasında xüsusi münasibətlərin mövcudluğunu vurğulayıb.
Kornelius qeyd edib ki, tərəflər Ankara şəhərində keçiriləcək NATO sammiti ərəfəsində mövqelərini də uzlaşdırıblar: "Kansler vurğulayıb ki, Almaniya Avroatlantik regionun təhlükəsizliyi naminə daha çox məsuliyyət götürəcək. Onun sözlərinə görə, NATO transatlantik alyans olaraq qalması üçün daha çox Avropa yönümlü olmalıdır".
O həmçinin əlavə edib ki, Merz və Tramp Ankara sammiti çərçivəsində danışıqları davam etdirmək barədə razılığa gəliblər.
#Fridrix Merts teqi istifadə olunub
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Merts Avropanın Rusiyadan dizel yanacağı almayacağını bildirib
- Zelenski Almaniyanın yeni yardım paketini açıqlayıb - Baku TV
- Aİ-nin yeni büdcə planı Almaniyada narazılıq yaradıb
- Merts Almaniya ordusunun mövcud imkanlarından narazı olduğunu gizlətmir
