Pleyeri seçin:
Məşhur şahmatçı Kasparov Rusiyada həbs oluna bilər
Məşhur şahmatçı Harri Kasparov Rusiyada ekstremistlər və terrorçuların siyahısına daxil edilib.
Bu barədə "Rosfinmonitorinq"in saytında məlumat yerləşdirilib.
Daha əvvəl Rusiyada xarici agent kimi tanınan Kasparovu məhkəmə xarici agentlər haqqında qanunu pozduğuna görə 4 ay ərzində 3-cü dəfə cərimələyib. 2023-cü ilin dekabrında Moskva Daxili İşlər Nazirliyi Kasparovun və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrinin əməllərində cinayət əlamətləri aşkar edib.
Belə ki, onlar Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda Ukrayna tərəfində iştirak edən Rusiya və Belarus vətəndaşlarına görə vəsait toplamaq üçün hərrac keçiriblər. Onları 5 ilə qədər həbs cəzası gözləyir.
Kopyalandı
#Harri Kasparov teqi istifadə olunub
