Məşhur telejurnalistin qətli ilə bağlı cinayət işi yenidən açıla bilər? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur telejurnalist Vladislav Listyevin qətli ilə bağlı işin üstü hələ də açıla bilər.
Rusiya mediası xəbər verir ki, bunu Rusiya Federasiyasının keçmiş baş prokuroru Yuri Skuratov bildirib.
Həmin hadisə 1995-ci il martın 1-də baş verib.
“Mən əminəm ki, imkan qalır. Hələ də şans var”, – sabiq baş prokuror bildirib.
Y.Skuratov etiraf edib ki, “Listyev işi” onun üçün ağır mövzu olaraq qalır. O əlavə edib ki, o zamanlar istintaq bir sıra səhvlərə yol verib və bu da istintaq prosesini ləngidib.
Sabiq baş prokuror qeyd edib ki, sifarişçinin geniş əlaqələri olduğu üçün istintaq ləngiyib. Y.Skuratov V.Listyevin qətlini dəqiq kimin sifariş etdiyini bildiyini eyham edib, lakin təqsirsizlik prezumpsiyası səbəbindən onun adını çəkə bilməyəcəyini açıqlayıb.
V.Listyev ötən əsrin 90-cı illərində məşhur teleaparıcı olub. O həm də ORT telekanalının baş direktoru idi.
1995-ci ilin yazında o, Moskvanın Novokuznetskaya küçəsindəki evinin girişində öldürülüb. Jurnalistin 38 yaşı var idi. İş hələ də açılmayıb.
Bundan əvvəl bəstəkar Loza teleaparıcı Vladislav Listyevin qətlini sifariş edənlərin adını çəkməsə də, qətlin motivinin maliyyə məsələləri olduğunu bildirib.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
