Pleyeri seçin:

Messencerdəki yeniliklər digər funksiyalara təsir edəcək?

08 may 2026 497 baxış

“WhatsApp” mesencerində istifadəçilərin xarici görünüşü əsasında yaradılan üçölçülü rəqəmsal versiyalar – avatarlar mərhələli şəkildə ləğv edilir.

Birinci mərhələdə bu modellərin redaktə olunması imkanı bağlanacaq, daha sonra funksiya tətbiqdən tamamilə çıxarılacaq. Müvafiq bildiriş artıq istifadəçilərin bir hissəsində görünməyə başlayıb.

“WABetaInfo” portalının məlumatına görə, Mark Zukerberq və “Meta” komandası virtual reallıq texnologiyalarına üstünlük verdiyi dövrdə şirkətin tətbiqlərində bu cür funksiyalar tətbiq olunurdu. Hazırda isə əks proses müşahidə olunur və bu, “WhatsApp” mesencerinə də təsir edib.

Avatarlar 2022-ci ilin sonunda tətbiq olunmuşdu. Həmin dövrdə ABŞ-nin “Meta” şirkətinin “metaverse” konsepsiyasını fəal şəkildə inkişaf etdirir və bütün xidmətlərində vahid yanaşmaya nail olmağa çalışırdı. Lakin hazırda bu funksiya prioritet hesab edilmir.

“WhatsApp” profilində istifadəçinin əsas fotosu əvvəlki kimi qalacaq, lakin rəqəmsal personajlar və onların əsasında yaradılmış stikerlər silinəcək. Avatar funksiyasından tam imtinanın müddəti hələ dəqiqləşdirilməyib, lakin istifadəçilərə artıq xəbərdarlıqlar göndərilməyə başlanıb.

Yeniliklər mesencerin profilinə aid digər funksiyalara təsir etməyəcək.

Kopyalandı
Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 497 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 497 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 497 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 497 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 497 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 497 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 497 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 497 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 497 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 497 baxış
Seçilmişlər
icon