Məsud Pezeşkian İslamabadda Şahbaz Şəriflə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian Pakistanla ticarət dövriyyəsini 3 dəfədən çox, yəni 3 milyard dollardan 10 milyard dollara qədər artırmaq planlarını açıqlayıb.
Yerli mətbuatın verdiyi məlumata görə, bunu İran Prezidenti Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə deyib.
“Mən dərindən əminəm ki, biz ticarət əlaqələrimizi indiki 3 milyard dollardan proqnozlaşdırılan 10 milyard dollara qədər daha asan və tez artıra biləcəyik”, – deyə Pezeşkian bildirib.
O həmçinin qeyd edib ki, İran və Pakistan bir sıra sektorlarda sazişlər bağlayıb. Pezeşkianın sözlərinə görə, tərəflər arasında imzalanan sazişlər ticarət, mədəniyyət, turizm, logistika, elm və təhsil sahələrində əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
İran hökuməti aydınlaşdırıb ki, əldə olunmuş razılaşmalar tranzit marşrutlarının, o cümlədən dəniz, dəmir və avtomobil yollarının genişləndirilməsini, həmçinin birgə azad iqtisadi zonaların institusionallaşdırılmasını nəzərdə tutur.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
