Məzarlıqda elə şeylər tapıldı ki… | Ən məşhur iddianın detalları üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərəli arxeoloqlar Britaniya tarixinin ən məşhur iddialarından birini ‒ romalı işğalçılara qarşı müdafiə zamanı yerli əhalinin qəhrəmancasına həlak olması ilə bağlı hekayəni şübhə altına alıblar.
Məlum olub ki, təxminən 90 ildir Roma işğalının qanlı epizodu hesab edilən bu hadisə əslində kelt tayfaları arasında baş vermiş daxili münaqişələrin nəticəsi ola bilər.
Söhbət 1930-cu illərdə tapılmış, ciddi xəsarətlər almış insanların kütləvi dəfnindən gedir. Bu dəfn İngiltərənin Dorset qraflığında yerləşən qədim Maiden-Kasl qalasında aşkarlanıb.
O dövrdə tanınmış arxeoloq ser Mortimer Uiler bu insanların Roma ilə döyüşdə həlak olmuş qurbanlar olduğunu, qalanı müdafiə edərkən öldürüldüklərini bildirmişdi. Lakin radiokarbon analizləri əsasında aparılan yeni araşdırma göstərib ki, həmin insanlar eyni vaxtda deyil, müxtəlif illərdə ‒ eramızdan əvvəl I əsrin sonu ilə eramızın I əsrinin əvvəlləri arasında həlak olublar. Bu isə daha çox yerli qarşıdurmalar, edamlar və ya tayfalararası münaqişələrə işarə edir, nəinki Roma ordusunun hücumuna.
Qeyd edək ki, “Maiden-Kasl qalasının qəhrəmancasına müdafiəsi” haqqında hekayə dərsliklərə, kitablara və sənədli filmlərə daxil olaraq, demək olar ki, sivilizasiyaların toqquşması barədə əfsanəyə çevrilmişdi.
Lakin indi arxeoloqlar bildirirlər ki, bu faciə xarici işğalla deyil, daxili qarşıdurma ilə bağlı olub.
#Arxeoloji qazıntılar teqi istifadə olunub
- 86 min illik mağara qədim insanların fəaliyyəti barədə nə deyir?
- Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV
- Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb
- Arxeoloqlar Roma imperiyası dövrünə aid metal emalatxanası aşkarlayıblar
- Çimu elitasına aid ilk tamamilə toxunulmamış tapıntıdır
