Pleyeri seçin:
Mindən çox insan həlak oldu | Yerlə yeksan olan kəndin görüntüləri
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sudanın qərbində Marra dağları bölgəsində dəhşətli torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 1000-dən çox insan həlak olub.
Bu barədə "Reuters" məlumat yayıb.
Torpaq sürüşməsi bütöv bir kəndi tamamilə dağıdıb, yalnız bir nəfər sağ qalıb.
Sudan Azadlıq Hərəkatı Ordusunun sözçüsü təbii fəlakətin kəndi tamamilə məhv etdiyini təsdiqləyib.
Bildirilir ki, sürüşmə avqustun 31-də bir neçə gün davam edən leysan yağışları nəticəsində baş verib və dağıntıların miqyası o qədər böyük olub ki, artıq qəsəbəni bərpa etmək mümkün olmayıb.
Rəsmilərin açıqlamalarına görə, əraziyə çatmaqda çətinlik çəkilir və dağıntıların miqyası xilasetmə işlərini ciddi şəkildə çətinləşdirir.
Kopyalandı
#Sudan teqi istifadə olunub
- ABŞ mediasında Sudanla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI
- Sudanda gərginlik davam edir | Münaqişələr zamanı minlərlə ölən var - Baku TV
- Rəcəb Tayyib Ərdoğan Abdel Fattah əl-Burhanla görüşdü
- Dron hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub
- Sudan Rusiyaya silah müqabilində ərazisində hərbi baza yerləşdirməyi təklif etdi
