Miqrantlar hamamı ələ keçirib görün nə etdi | 40 nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada hamamlardan birində qalmaqallı hadisə baş verib.
Orta Asiyadan olan miqrantlar müəssisəni faktiki olaraq ələ keçiriblər və rusiyalıları içəri buraxmayıblar. Ayrı-seçkilikdən hiddətlənən yerli sakinlər polisə müraciət ediblər və polis hamama reyd təşkil edərək əksəriyyəti Qırğızıstandan olan 40 nəfəri saxlayıb.
Bu barədə "Tsargrad" "Telegram" kanalı yazıb. Məlumata görə, qalmaqallı "Bodrost" hamam kompleksinin sahibi Qırğızıstandan olan sahibkardır və o, yalnız öz həmvətənlərinə xidmət etmək qərarına gəlib.
Hadisənin baş verdiyi hamamın rəhbərliyi hələlik insidentlə bağlı açıqlama verməyib. Moskva hüquq-mühafizə orqanlarından da rəsmi açıqlama gəlməyib.
Münaqişənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Eyni zamanda Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Vakunova miqrantların kütləvi şəkildə saxlanılması və güc tətbiqi ilə bağlı nota təqdim edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qırğızıstan KİV xəbər verir ki, əməliyyatdan sonra 24 Qırğızıstan vətəndaşı saxlanılıb və onlardan 4-ü Rusiyadan deportasiya ediləcək.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
