Pleyeri seçin:

Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama

16 iyun 2026 425 baxış

Bu yaxınlarda İrəvanda beynəlxalq hava limanında saxlanıldıqdan üç gün sonra sərbəst buraxılan rusiyalı riyaziyyatçı Mixail Verbitskiyə Ermənistanı tərk etmək imkanı verilib, o artıq İsrailin Təl-Əviv şəhərindədir.

Bu barədə “Azatutyun” məlumat yayıb.

Riyaziyyatçının vəkili Vaçe Simonyan bildirib ki, Baş Prokurorluq onun xahişini təmin edib və Rusiya hakimiyyətini tənqid edən alimin Ermənistanı maneəsiz tərk etməsinə icazə verib.

Moskva ABŞ-nin Harvard Universitetindən doktorluq dərəcəsi alan və beynəlxalq universitetlərdə dərs deyən 56 yaşlı Verbitskini 2025-ci ildən bəri “terror fəaliyyətinə açıq çağırış etmək”də, “terrorizmi açıq şəkildə haqlı çıxarmaq və ya müdafiə etmək”də ittiham edərək həbs etməyə çalışır.

Alim Rusiya Prezidenti Vladimir Putini və Ukraynaya qarşı dörd ildir davam edən müharibəni fəal şəkildə tənqid edir.

Riyaziyyatçı dünən sərbəst buraxıldıqdan sonra “Azatutyun”a Rusiyada nədə ittiham olunduğuna dair açıqlama verib:

“Guya mən “Crocus City Hall”da baş vermiş terror aktının araşdırılmasının nəticələrini şübhə altına almışam. Həqiqətən də, belədir, çünki bu terror aktında təqsirləndirilən şəxslərin qulaqları kəsilib, gözləri zədələnib, döyülüblər. Bu, dəhşətlidir. Mən istintaqın nəticələrini deyil, bunun necə baş verdiyini – insanların qulaqlarının və gözlərinin zədələnməsini, onların döyülməsini və bütün bunların televiziya vasitəsilə nümayiş etdirilməsini sual altına almışam. Sonra da deyirlər ki, bu, yaxşıdır, əladır”.

Banner
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 425 baxış
Milyonlarla insanın qeydiyyatdan keçdiyi bildirilir

Milyonlarla insanın qeydiyyatdan keçdiyi bildirilir

Dünya
03 noyabr 2026 425 baxış
Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR

Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR

Dünya
03 noyabr 2026 425 baxış
Sosial tələblər, yoxsa kənar təsir? | Avropanı bürüyən etirazlar dərinləşir - Baku TV

Sosial tələblər, yoxsa kənar təsir? | Avropanı bürüyən etirazlar dərinləşir - Baku TV

Dünya
03 noyabr 2026 425 baxış
Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV

Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV

Dünya
03 noyabr 2026 425 baxış
Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI

Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI

Dünya
02 noyabr 2026 425 baxış
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 425 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 425 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 425 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 425 baxış
Seçilmişlər
icon