Pleyeri seçin:
Moldova səmasında Zelenskinin təyyarəsi üçün ciddi təhlükə - Baku TV
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxan zaman az qala pilotsuz uçuş aparatının zərbəsinə tuş gələcəkdi.
Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe bildirib.
Onun sözlərinə görə, insident Ukrayna Prezidentinin Osloya uçuşu zamanı baş verib.
"Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən az qala PUA tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq belədir", – deyə Störe qeyd edib.
Zelenskinin Osloya səfəri rəsmi matəm tədbirlərində iştirakla başlayıb. Ukrayna Prezidenti Norveç Kralı Haraldın dəfn mərasimində iştirak edib.
Kopyalandı
