“Moskva bunu mütləq etməlidir” | Zelenski İnfantino və Şevçenko ilə danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna rəhbəri Volodimir Zelenski FIFA prezidenti Canni İnfantino və futbol əfsanəsi Andrey Şevçenko ilə danışıb.
Bu barədə prezident öz sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, idman daim dünyada cəmiyyətlərə və dövlətlərə böyük təsir göstərib. O, FIFA-nın Ulkayanaya “güclü” dəstəyindən bəhs edib və ədalətli dünya, dayanıqlı sülh istiqamətində qurumun daim haqq səsini ucaltdığını bildirib.
V.Zelenski yazıb: “Biz sülh və atəşkəsin tez bir zamanda bərqərar olması, müharibənin layiqli və ədalətli şəkildə bitməsi uğrunda birlikdə çalışmalıyıq. Diplomatiya vacib məsələdir. Moskva müharibəni sonlandırmaq üçün ciddi addım atmalıdır, onları imitasiya etməməlidir”.
Sonda Ukrayna Prezidenti yazıb: “Xalqımızı, ukraynalı idmançıları, uşaqları dəstəklədiyiniz üçün sizə təşəkkür edirik. Biz sizə arxalana bilərik”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
