Moskva müftisi Rusiyaya sərt xəbərdarlıq etdi | Niqab qadağası cəmiyyətdə...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada niqab qadağası cəmiyyətdə gərginliyin artmasına səbəb olacaq.
Bunu Moskvanın müftisi və Moskva kafedral məscidinin baş imamı İldar Alyautdinov deyib.
Onun sözlərinə görə, bu, Rusiya müsəlmanlarının narazılığına səbəb ola bilər:
“Niqab taxmaq məsələsinin özü mübahisəli olaraq qalır. Ruhani İdarəsinin Üləmalar Şurası bunu hakimiyyətlə müzakirə etməyə hazırdır. Müsəlman Ruhani İdarəsi müasir dünyəvi dövlətdə niqab taxmağın tərəfdarı deyil. Lakin İslam ölkələri bu baş geyimini “geyim hüququnun pozulması” kimi öz dinlərinə qarşı repressiya şəklində qiymətləndirə bilər”.
Qeyd edək ki, Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev də qadınlar üçün ənənəvi qapalı baş geyimlərinin mümkün qadağasına etirazını bildirib.
“Bu cəhdlər Rusiya vətəndaşlarına sərbəst dini etiqad hüququnun və din qanunlarına riayət etməyi təmin edən dünyəvi hüquq normalarının, eləcə də Konstitusiyanın pozulmasının açıq bir aktı kimi görünəcək. Belə bir qadağanın tətbiqi Rusiyanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin yaxşılaşmasına mənfi təsir göstərəcək”, – Valeri Fadeyev qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
