Pleyeri seçin:
Moskvada 10-dan çox adamın sümüyü tapılıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın mərkəzində restoranın altından 10-dan çox adamın qalıqları tapılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, insan qalıqları əvvəllər “Qranatovıy sad” restoranının yerləşdiyi ərazidə aparılan təmir-tikinti prosesi zamanı aşkar edilib.
İşçilər sözügedən ərazidən 10 kəllə, 17 fəqərə, 30 qabırğa, 2 çənə sümüyü və onlarla başqa skelet hissəsi aşkar ediblər. Qalıqların kimə aid olduğu hələ ki məlum deyil.
Qeyd olunub ki, həmin yerdə restoran 2012-ci ildə inşa olunub. Ondan əvvəl isə ərazi dayanacaq və sənaye zonası olub. Ekspertlərin ilkin rəylərin görə, qalıqları tapılan insanların ölüm müddəti 20-30 il olub. Faktla bağlı araşdırmalara başlanılıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
