Moskvada miqrantlara qarşı əməliyyat | Qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada yerləşən "Princ Plaza" ticarət mərkəzində güc strukturları reyd keçirib və ölkədə qanunsuz yaşayan 426 miqrantın Rusiyadan deportasiya olunacağı açıqlanıb.
Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, yanvarın 15-də Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi, polis və Rosqvardiya birgə reyd təşkil edib.
Reyd zamanı qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən üç nəfər saxlanılıb. İstintaq məlumatına əsasən, onlar bərbərxana və telefon təmiri adı altında əcnəbiləri saxta sənədlərlə leqallaşdırıblar.
Güc strukturları şübhəlilərin üzərində saxta miqrasiya sənədləri, o cümlədən sərhəd keçidi möhürləri aşkarlayıblar.
3 nəfərlə yanaşı, hüquq-mühafizə orqanları 426 nəfəri də saxlayıb. Onların Rusiya miqrasiya qanunvericiliyini pozduğu bildirilir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
