Pleyeri seçin:

Moskvada şübhəli şəxs partlayıcını işə saldı | Ölən və yaralılar var - Baku TV

25 dekabr 2025 177 baxış

Dekabrın 23-dən 24-nə keçən gecə Moskvanın cənubunda, Yeletskaya küçəsində yol polisi əməkdaşlarına məxsus xidməti avtomobilin yaxınlığında güclü partlayış baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ikisi yol polisi əməkdaşı olmaqla üç nəfər aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi rəsmi məlumat yayıb. Bildirilib ki, xidməti avtomobilin yanında kustar üsulla hazırlanan partlayıcı qurğu işə düşüb. Partlayışın təsiri nəticəsində avtomobilin kuzovunda və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb ki, bu da partlayıcının böyük dağıdıcı gücə malik olduğunu göstərir.

İstintaqın ilkin versiyasına əsasən, hadisə gecə saat 01:30 radələrində baş verib. Həmin vaxt iki yol polisi əməkdaşı xidməti avtomobilin yaxınlığında şübhəli hərəkətlər edən şəxs müşahidə edib. Onlar həmin şəxsi saxlamaq üçün yaxınlaşdıqları anda partlayıcı qurğu işə salınıb. Rusiya mətbuatında yayılan məlumatlarda qeyd olunub ki, həlak olan üçüncü şəxs partlayışı törədən şəxs ola bilər.

Hadisədən dərhal sonra ərazidə əməliyyat-istintaq qrupu fəaliyyətə başlayıb. Hadisə yeri tam nəzarətə götürülüb, videomüşahidə kameralarının görüntüləri götürülüb, şahidlərin ifadələri toplanıb. Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb. Hücumun hazırlanmasında və həyata keçirilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zaxarova: "İrəvan Brüsselin anti-Rusiya orbitinə daxil olur"

Zaxarova: "İrəvan Brüsselin anti-Rusiya orbitinə daxil olur"

Dünya
07 may 2026 177 baxış
"Səudiyyə Ərəbistanı razılıq vermədi, Tramp əməliyyatı təxirə saldı" | İddia

"Səudiyyə Ərəbistanı razılıq vermədi, Tramp əməliyyatı təxirə saldı" | İddia

Dünya
07 may 2026 177 baxış
"Rusiya sui-qəsd planlarını gücləndirib" | "Associated Press"dən məlumat

"Rusiya sui-qəsd planlarını gücləndirib" | "Associated Press"dən məlumat

Dünya
07 may 2026 177 baxış
Rusiya rəhbərliyi paraddan sonra sərt addımlar atacaq? - AKTUAL GÜNDƏM

Rusiya rəhbərliyi paraddan sonra sərt addımlar atacaq? - AKTUAL GÜNDƏM

Dünya
07 may 2026 177 baxış
Belarus rəhbərliyi əleyhinə kəskin fikirlər deyən Simonyana Zaxarovadan reaksiya

Belarus rəhbərliyi əleyhinə kəskin fikirlər deyən Simonyana Zaxarovadan reaksiya

Dünya
07 may 2026 177 baxış
"Rusiya bunu unutmayacaq!" | Zaxarovadan sərt mesaj

"Rusiya bunu unutmayacaq!" | Zaxarovadan sərt mesaj

Dünya
07 may 2026 177 baxış
Dünya bunu gözləyirdi: ABŞ-İran danışıqları nəticəsini verir? - Baku TV CANLI

Dünya bunu gözləyirdi: ABŞ-İran danışıqları nəticəsini verir? - Baku TV CANLI

Dünya
07 may 2026 177 baxış
Hörmüz boğazında gözlənilməz PUA hücumu | Gərginlik daha da alovlanacaq? - Baku TV

Hörmüz boğazında gözlənilməz PUA hücumu | Gərginlik daha da alovlanacaq? - Baku TV

Dünya
07 may 2026 177 baxış
Yaxın Şərqdə gərginlik pik həddə | ABŞ Ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Baku TV CANLI

Yaxın Şərqdə gərginlik pik həddə | ABŞ Ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Baku TV CANLI

Dünya
07 may 2026 177 baxış
ABŞ İrana yeni hücum üçün hazırlıq görür?

ABŞ İrana yeni hücum üçün hazırlıq görür?

Dünya
07 may 2026 177 baxış
Seçilmişlər
icon