Moskvadakı terrorda İŞİD-in əli var? - Peskov açıqlama vermədi
Kreml ölüm hökmünə qoyulan moratoriumun ləğvi ilə bağlı müzakirələrdə iştirak etmir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O həmçinin bildirib ki, Kreml "Crocus" terrorunun istintaqının gedişi ilə bağlı şərh verməyəcək. D.Peskovun sözlərinə görə, terror aktının araşdırılması ilə bağlı Qərb ölkələri ilə heç bir təmas yoxdur. O, Rusiya xüsusi xidmət orqanlarının terror aktı üzərində müstəqil işlədiyini, başqa ölkələrdən hər hansı yardımdan söhbət getmədiyini bildirib.
D.Peskov İŞİD qruplaşmasının "Crocus City Hall"dakı terror aktında əli olması ilə bağlı versiyanı isə şərh etməyib.
Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin Moskvada baş verən terror aktından sonra görülən tədbirləri müzakirə etmək üçün müşavirə keçirəcəyini də açıqlayıb.
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
