Moskvadakı terrorla bağlı müəmmalı detallar açıqlandı | Sensasiyalı iddia
Yeniliklərdən dərhal xəbərdar olun
İran “Crocus City Hall” konsert salonunda həyata keçirilən hücumdan əvvəl Rusiyaya mümkün terror aktı barədə xəbərdarlıq edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb. =
Mənbələrdən biri bildirib ki, Tehran İranda baş verən ölümcül partlayışlarla bağlı həbs olunanların dindirilməsi zamanı Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 3-də İranın cənub-şərqindəki Kirman şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan partlayışlarla əlaqəsi olan 35 nəfər həbs edilib. Yanvarın 19-da rəsmi Tehran İŞİD terror təşkilatının Əfqanıstanda yerləşən qolunun liderlərindən birinin həbs edildiyini açıqlayıb.
Adının açıqlanmasını istəməyən ikinci mənbə də deyib ki, Tehranın gözlənilən hücumla bağlı açıqlamasının vaxtı və ya dəqiq hədəflə bağlı konkret təfərrüatlar verilməyib. Nəşr yazıb ki, terrorçulardan biri İranda həbs edilib, qrupun bəzi üzvləri isə artıq Rusiyada idi.
Üçüncü mənbə isə İranın təhlükəsizlik strukturlarının birində işləyən yüksəkvəzifəli şəxsdir. O, agentliyə açıqlamasında deyib ki, həbs edilən terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
