Müdafiə Nazirinin keçmiş müavini nədə ittiham olunur? | Detallar üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popov saxlanılıb.
Bu barədə ölkə mətbuatında məlumat verilib.
Bildirilib ki, P.Popov böyük miqdarda dələduzluqda ittiham olunub. O, 2021-2024-cü illərdə Moskva vilayətinin Krasnoqorsk rayonunda özünə məxsus olan ərazidə “Patriot” parkının hesabına tikinti-təmir işləri aparıb.
Xəbərə görə, Pavel Popov üç il ərzində “Patriot” parkının təkmilləşdirilməsinə, fəaliyyət göstərməsinə cavabdeh olub.
Məlumatda qeyd olunub ki, sabiq nazir müavini parkın direktoru Vyaçeslav Axmedov, həmçinin Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterovla birlikdə külli miqdarda pul mənimsəyib.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko da komitənin “Telegram” kanalında məlumat verərək bildirib ki, P.Popov tabeliyində olan şəxslər vasitəsilə “Patriot” şirkəti ilə əlaqəsi olan kommersiya təşkilatlarının rəhbərlərini onun bağ evlərində gedən tikinti işlərini maliyyələşdirməyə məcbur edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
