Müharibə ilə bağlı dəhşətli proqnoz
Yeniliklərdən dərhal xəbərdar olun
“Kreml analitikləri müharibə ilə bağlı mövcud vəziyyəti öyrənib və rəhbərliyə məyusedici proqnozlar veriblər”.
Bu sözləri rusiyalı tarixçi Valeri Solovey deyib. Onun sözlərinə görə, müharibə yayın ortalarında - payızın əvvəlində Krım ərazisinə keçəcək.
"Kreml təkcə Ukraynadakı hərbi uğursuzluqlara deyil, həm də ciddi iqtisadi sarsıntılara hazırlaşır. Analitiklərin bəzi hesablamaları Rusiya hökumətinin qalib əhval-ruhiyyəsi ilə birbaşa ziddiyyət təşkil edir. Bu hesablamalar Rusiya Silahlı Qüvvələri üçün mənfi haldır. Artıq yayın ortaları, bəlkə də payızda faktiki olaraq Krım yarımadasının ərazisində döyüşlərin başlanması istisna edilmir. Əgər Ukrayna Kerç körpüsünə atış məsafəsinə imkan verən əraziyə çıxarsa, o zaman Krımın taleyi üçün ciddi təhlükə yaranacaq”, - deyə V.Solovey bildirib.
Tarixçi həmçinin əlavə edib ki, Rusiyanın gələcəyi olduqca qorxulu görünür.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
