Pleyeri seçin:

Müharibə Rusiyanı çətin vəziyyətə saldı | Orduya cinayətkarlar da qoşulacaq, çünki…

26 sentyabr 2024 138 baxış

Sentyabrın 25-i Rusiya Prezidenti Vladimir Putin Təklükəsizlik Şurasının nüvə strategiyası ilə bağlı müzakirəsini ilk dəfə olaraq açıq keçirdi: müzakirə başlayan kimi dərhal əlindəki kağızdan nüvə silahı tətbiqindəki “yeni paketi” – nüvə doktrinasına dəyişiklikləri elan etdi.

Yeni doktrinada nələr vardı?

Rusiya bundan sonra düşmənin hətta adi silahlardan istifadə edərək, “ölkə suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə” nüvə silahına əl ata bilər.

Putin detalları da açıqladı: Nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü, aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədini keçməsi barədə etibarlı məlumat əldə edildikdə nüvə zərbəsi ilə cavab veriləcək. Bura Belarusa hücum cəhdi də daxildir.

Həmin gün eyni zamanda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan şəxslərin məhkəmə prosesinin və ya istintaqın dərhal dayandırılacağı haqda qanun da təsdiqləndi. Başqa sözlə, müharibəyə getmək istəyən hər hansı cinayətkarın həbsindən imtina edilir, onun cinayət işinə xitam verilir.

Bu, Rusiyanın orduya cəlb etmək üçün cinayətkarlardan və müttəhimlərdən istifadə etməsi məcburiyyətində qaldığı və bunu qanuniləşdirdiyini təsdiqləyir. Cinayətkara müharibəyə getməyi “şans kimi” təqdim etmək və onları azad etmək təhlükəli tendensiyadır, elə nüvə doktrinasına dəyişiklik də.

Bütün bunlar Rusiyanın müharibənin ağırlığını hiss etməsi, iqtisadi, hərbi zərbələrinin öhdəsindən gəlməkdə zorlanması anlamına gəlir.

Dünyaya meydan oxuyan Kreml Kurska girən Ukrayna qüvvələrini ərazisindən çıxara bilmir. Ukrayna dronları artıq Həştərxanda, hətta 2600 km uzaqlıqdakı Murmansk Hava Limanının fəaliyyətini iflic edir. Bu isə o deməkdir ki, 1000 km məsafədən çox uçan və Rusiyanın hərbi hava müdafiə sistemlərindən yayınmağı bacaran PUA-ların öhdəsindən gəlmək getdikcə çətinləşir. F-16-ların il sonuna qədər artacağı və Ukraynada hava məkanını nəzarətə götürəcəyi ehtimalı güclənir. Qərbin Ukraynaya öz uzaqmənzilli silahları ilə zərbələr endirməsinə razılıq verəcəyi də şübhəsizdir.

Beləliklə, müharibə Ukraynanın qələbəsi ilə başa çatmaya da bilər, ancaq Rusiyaya ilin sonuna qədər endirilən zərbələrin sayının artacağı və bunun ciddi fəsadlara yol açacağı ehtimalı yüksəkdir, əks halda ötən gün bu qədər həyəcanla iki dəyişiklik qəbul edilməzdi.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 138 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 138 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 138 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 138 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 138 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 138 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 138 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 138 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 138 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 138 baxış
Seçilmişlər
icon