Müsəlmanlar Kanada Baş nazirini məsciddən qovdu: Trüdo ikiüzlülükdə ittiham edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın Baş naziri Castin Trüdo İsrail-HƏMAS münaqişəsində dinc insanların ölümü ilə əlaqədar müsəlmanlara başsağlığı vermək üçün paytaxt Torontoda getdiyi məsciddən qovulub.
Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, insanlar Baş naziri ikiüzlülükdə və Fələstinə qarşı qeyri-obyektiv münasibət sərgiləməkdə ittiham ediblər.
Məlumata görə, Castin Trüdo məsciddəki çıxışında həlak olanların xatirəsinə görə onlarla birlikdə dua etmək üçün gəldiyini deyib. Ancaq müsəlmanlar onun çıxışına etiraz edərək, məscidi tərk etməsini istəyiblər. Hadisənin görüntüləri sosial şəbəkələrdə də yayılıb və ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, üzləşdiyi ciddi etirazlardan sonra Baş nazir məscidi tərk etmək məcburiyyətində qalıb.
#İsrail-HƏMAS münaqişəsi teqi istifadə olunub
- Hakan Fidandan İsrail-HƏMAS danışıqları barədə açıqlama
- İsrail ordusunun hücumları davam edir | Qəzzaya zərbələr nəticəsində həyatını itirənlər var
- Netanyahu İsrail Ordusuna təcili tapşırıq verdi | Ölkələr Fələstin və İsraillə bağlı hansı addımı atacaq?
- HƏMAS-ın məşhur batalyonu məhv edildi
- Yaxın Şərqdə yeni sülh planı | Tramp Qəzzada nəyə çalışır?
