Nanoplastikləri aşkarlayan texnologiya hazırlandı | Yeni metodun maraqlı özəllikləri
Yeniliklərdən dərhal xəbərdar olun
Massaçusets Amherst Universitetinin tədqiqatçıları çinli həmkarları ilə birlikdə suda, torpaqda və canlı orqanizmlərin toxumalarında nanoplastikləri aşkar edə bilən yeni texnologiya hazırlayıblar.
Metod OM-SERS – optik manipulyasiya və səthi gücləndirilmiş Raman səpilməsi adlanır. Nanoplastiklər – ölçüləri bir mikrometrdən kiçik olan kiçik plastik hissəciklər ekosistemlər və insan sağlamlığı üçün ciddi təhlükələr yarada bilər.
Artıq geniş şəkildə öyrənilmiş mikroplastiklərdən fərqli olaraq, nanoplastiklər daha mobil, reaktiv və bioloji membranlara nüfuz edirlər. Ancaq indiyə qədər onun dəqiq hesablanması və təhlili üçün etibarlı bir üsul yox idi. Hər bir mikroplastik hissəcik bir kvadrilyon nanoplastik fraqmentə parçalana bilər və onların sayını demək olar ki, sonsuz edir.
Bu hissəciklər asanlıqla suya, torpağa və bədən toxumalarına nüfuz edir və onların tərkibindəki kimyəvi maddələr ətraf mühitə və insan orqanizminə daxil ola bilir. Nanoplastikləri aşkar etmək üçün tədqiqatçılar lazerlərdən, qızıl nanohissəciklərdən və sudan istifadə ediblər. Suya qızıl hissəciklər əlavə edilib və sonra lazerlə şüalanıb.
Qızdırılan hissəciklər sərbəst üzən nanoplastikləri cəlb edir və yuyulduqdan sonra diqqətlə təhlil edilə bilən plastik qalır. Metod yüksək dəqiqliklə xarakterizə olunur. Yalnız mayelər üçün deyil, həm də torpağın, dəniz suyunun, bitki və bioloji toxumaların təhlili üçün istifadə edilə bilər.
