NATO strukturları onları axtarır | Rusiyada sabitliyi pozmaq istəyənlərin planı
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici kəşfiyyat xidmətləri Rusiyada sabitliyi pozmağa çalışır.
Bu barədə Rusiya Federasiyasının Federasiya Şurasının Dövlət Suverenliyinin qorunması və ölkənin daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə Komissiyanın illik hesabatında qeyd edilib.
Bildirilib ki, Qərb informasiya hücumlarından istifadə etməklə 2026-cı ildə Dövlət Dumasına keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşır.
“Xarici kəşfiyyat xidmətləri milli və dini faktorlardan istifadə edərək Rusiyada sabitliyi pozmağa çalışır. Bu işə onların nəzarətində olan QHT-lər, həmçinin NATO ölkələrinin ixtisaslaşmış təşkilatlarının əməkdaşları cəlb olunub. NATO strukturları Rusiya Federasiyası daxilində ölkə əleyhinə layihələrin icraçılarını axtarır və hər birinə 25 min avroya qədər qrant təklif edir”, – deyə hesabatda bildirilib.
#Rusiya teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
