Nəhəng toqquşmanın izləri tapıldı | Dünya gündəminə düşən hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun sürən araşdırmalardan sonra astronomlar bir neçə milyard il əvvəl baş vermiş nəhəng toqquşmanın izlərini tapa biliblər.
“Nature Astronomy” elmi jurnalında bu barədə məlumat dərc edilib.
Cənubi Koreya və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kainatın ən kütləvi strukturlarından biri olan Perseus klasterinin tədqiqində irəliləyiş əldə edib.
Perseus klasteri Yerdən təxminən 240 milyon işıq ili uzaqlıqda yerləşir. Onun kütləsi 600 trilyon Günəş kütləsinə bərabərdir. Onilliklər ərzində ekspertlər onun birləşmədən sonra çoxdan stabilləşdiyinə inanırdılar, lakin yeni müşahidələr obyektin strukturunda anomaliyaları aşkar edib.
Qravitasiya linzalarından və kompüter modelləşdirməsindən istifadə edən komanda təxminən 5 milyard il əvvəl kütləsi 200 trilyon Günəş kütləsi olan nəhəng qaranlıq maddənin Perseus klasterinə çırpılaraq arxada zəif, lakin əhəmiyyətli “körpü” buraxdığını aşkar edib.
“Bu, bizim axtardığımız itkin parçadır. Perseus klasterində görülən bütün qəribə formalar və fırlanan qazlar indi böyük birləşmə kontekstində məna kəsb edir”, ‒ deyə tədqiqat müəllifi bildirib.
#Kosmik tədqiqatlar teqi istifadə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Başqa planetlərdə Yerdəkinə bənzər əlamətlər aşkarlanıb
- Kainatın ilk ulduzlarına dair araşdırmada hansı məqamlar üzə çıxıb?
- Planetin daxilindəki sirli strukturlar nədir və alimlər onları necə araşdırır?
- Yaşı 1 milyon ildən az olan ekzoplanet aşkarlanıb
