Pleyeri seçin:

Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

06 fevral 2026 464 baxış

Niderlandda 10 bələdiyyə müsəlmanlar və müsəlman təşkilatları barədə məlumatların qanunsuz və gizli şəkildə toplanmasına görə cərimələnib.

Bu barədə "Anadolu Ajansı" məlumat yayıb. Qeyd olunub ki, cərimələrin ümumi məbləği 250 min avro təşkil edir.

Qərarı Niderlandın Şəxsi Məlumatların Mühafizəsi Agentliyi qəbul edib.

Sanksiyalar bələdiyyələrə Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarının pozulmasına görə tətbiq olunub. Tənzimləyici qurumun bildirdiyinə görə, yerli hakimiyyət orqanları vətəndaşların xəbəri olmadan məscidlər, müsəlman təşkilatları və ayrı-ayrı şəxslər haqqında məlumat toplayıb və emal edib.

Bələdiyyələrin sifarişi ilə hazırlanan hesabatlarda dini etiqadlar, konfessional mənsubiyyət, ailə və şəxsi əlaqələr daxil olmaqla məxfi məlumatlar yer alıb. Toplanan informasiyanın bir hissəsi polisə, Terrorizm və Təhlükəsizlik üzrə Milli Koordinasiya Mərkəzinə, eləcə də Sosial Məsələlər və Məşğulluq Nazirliyinə ötürülüb. AP vurğulayıb ki, bu addımlar diskriminasiya xarakteri daşıyıb, çünki əsasən müsəlmanlara qarşı yönəlib.

Agentliyin rəhbəri Aleyd Volfsen bildirib ki, müsəlman icmaları ilə bağlı gizli araşdırmaların heç bir hüquqi əsası olmayıb. Onun sözlərinə görə, bələdiyyələr xüsusi həssas şəxsi məlumatları qanuni səbəb olmadan toplayaraq məxfilik hüququnu ciddi şəkildə pozub.

Bələdiyyələr məlumatların qanunsuz emalını etiraf edib və tətbiq olunan cərimələrlə razılaşıb. Eyni zamanda müsəlman icmaları ilə etimadın və münasibətlərin bərpası istiqamətində addımlar atmağa başladıqlarını bildirib. Şəxsi Məlumatların Mühafizəsi Agentliyi isə toplanmış məlumatların hər hansı digər məqsədlərlə istifadəsini qadağan edib.

Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Dünya
25 sentyabr 2026 464 baxış
NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

Dünya
25 sentyabr 2026 464 baxış
6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

Dünya
25 sentyabr 2026 464 baxış
Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Dünya
25 sentyabr 2026 464 baxış
Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Dünya
25 sentyabr 2026 464 baxış
Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Dünya
25 sentyabr 2026 464 baxış
Mahmud Abbas Donald Trampı öhdəliklərini yerinə yetirməyə çağırıb - Baku TV CANLI

Mahmud Abbas Donald Trampı öhdəliklərini yerinə yetirməyə çağırıb - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 464 baxış
Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI

Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI

Dünya
24 sentyabr 2026 464 baxış
Ərdoğandan Afinaya mesaj

Ərdoğandan Afinaya mesaj

Dünya
24 sentyabr 2026 464 baxış
Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI

Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 464 baxış
Seçilmişlər
icon