Nijni Novqorod şəhər hava limanının polis rəisi Namiq Musayev həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Nijni Novqorod şəhərinin hava limanının Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi Namiq Musayevin saxlanılmasını təsdiqləyib.
Bildirilir ki, bir qrup vətəndaşın qanunsuz hərəkətlərini nəqliyyat polisinin mühafizə xidmətinin əməkdaşları Federal Təhlükəsizlik Xidməti İdarəsinin Nijni Novqorod vilayəti üzrə həmkarları ilə birgə müəyyən ediblər.
12 əməkdaşın “sxem”ə cəlb olunduğu, fəaliyyətin bölüşdürüldüyü, bəzilərinin pul qəbul etdiyi, bəzilərinin rəisin qanunsuz əmrlərini yerinə yetirdiyi iddia olunur.
Məlumata görə, onun barəsində Rusiya Cinayət Məcəlləsinin sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri cinayət işi başlanılıb.
Namiq Musayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
