Numan Qurtulmuş : “Yaşadığımız coğrafiyanı od-alov bürüyüb, məcburuq ki...”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bir əsr əvvəl içində olduğumuz şərtlər necə çətin və ağır nəticələr ortaya çıxarırdısa, inanın ki, bu gün yaşadığımız dövrün şərtləri demək olar ki, eynidir”.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.
“Yaşadığımız region dünyanın ən önəmli bölgələrindən biridir. Bu, bizim “Anadolu qitəsi” dediyimiz məkan tarix boyu hər kəsin gözünü dikdiyi ən mühüm mərkəzlərdən biri olmuşdur. İndi isə ölkəmizin yerləşdiyi bu coğrafiyanı yenidən od-alov bürüyüb.
Biz isə burada dimdik dayanmaq məcburiyyətindəyik. Azadlığımız imperializmə heç bir şəkildə yol verməməkdən, birlikdən, bərabərlikdən, vəhdətdən, hamımızın eyni məqsədə doğru yürüməsindən və bütün bunlarla yanaşı, milli suverenlikdən başqa heç bir hökmranlığa boyun əyməməkdən keçir.
Türkiyə bir daha terror bəlası ilə mübarizə aparır. Kənar qüvvələr bu ölkənin övladlarına qarşı gizli planlar içində olmayacaq, ola bilməyəcək. Bunun üçün biz var gücümüzlə çalışırıq”, – deyə N.Qurtulmuş qeyd edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
