Ölənlərin sayı durmadan artır | Rusiyadan Ukrayna ərazilərinə şiddətli hücum
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci il yanvarın 8-i axşam saatlarından etibarən Ukraynanın Zaporojye, Nikolayev, Xerson, Donetsk, Dnepropetrovsk və digər yaxın vilayətlərinə şiddətli hava hücumları başlayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Baku TV-nin Şərqi Avropa bürosuna verilən məlumata görə, son 20 saatda 6 vilayətə 60-dan çox pilotsuz uçuş aparatı, 4 iritonnajlı aviasiya bombası və 10 ballistik raketlə hücumlar olub. Əsas hədəflər enerji və administrativ obyektlərdir. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri hücumların çoxunun qarşısını alsa da, zərbələrin ağırlığı nəticəsində Donetsk və Zaporojye vilayətində çox ciddi tələfat olub.
Zaporojye vilayəti üzrə Ukrayna Milli Polisinin rəsmisi Anna Tkaçenko bildirib ki, 1 tonluq aviasiya bombasının biri şəhərin mərkəzinə yaxın düşdüyü üçün tələfat böyükdür:
“8-9 yanvar axşam və gecə saatlarında Rusiya Ordusu Zaporojye şəhərinə 2 böyük tonnajlı aviazərbə endirib. Şəhərin düz mərkəzinə yaxın endirilən zərbələr kütləvi dağıntılara səbəb olub. Nəticədə 15 nəfər həlak olub, 113 nəfər müxtəlif xəsarətlər alıb. Ölənlərin sayı artır. Yaralananlar arasında 13 nəfərin vəziyyəti xüsusilə ağırdır. Onlardan biri 8 yaşlı qızdır. 3 administrativ bina dağılıb. 36 mülki nəqliyyat vasitəsi zərbədən partlayaraq sıradan çıxıb. 10-a qədər yaşayış binası ciddi zədə alıb. Hazırda polis və xilasedicilər zərbələrin endirildiyi yerdə çalışırlar”.
Qeyd edək ki, bu hücumlar Ukraynanın Rusiyanın Kursk vilayətinə əməliyyatlar keçirdiyi vaxtda baş verir.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
