Ölkə tarixinə düşən ən dəhşətli yanğınlar | Cənubi Koreyada son vəziyyət necədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın cənub-şərqində meşə yanğınları nəticəsində ən azı 24 nəfər həlak olub.
Bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb.
Həlak olanlar arasında martın 26-da şərqi Kyonsan-Pukto əyalətində yanğını söndürərkən qəzaya uğrayan helikopterin 73 yaşlı pilotu da var.
Yanğınların söndürülməsinə onlarla helikopter, təxminən 5 min yanğınsöndürən və 560 ədəd xüsusi texnika cəlb edilib. Güclü külək və quru hava şəraiti yanğının söndürülməsinə mane olur.
Agentlik qeyd edib ki, güclü küləklər səbəbindən meşə yanğınlarının şərq sahil bölgələrinə, o cümlədən böyük Atom Elektrik Stansiyasının yerləşdiyi əraziyə yayılması riski var. Ölkənin prezidenti səlahiyyətlərini icra edən Han Dok Su yanğınları "ölkə tarixində ən dəhşətli yanğınlar" adlandırıb.
Onun sözlərinə görə, yanğınlar nəticəsində 17 min hektar meşə ərazisi, 209 ev və fabrik məhv olub.
#Cənubi Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Pusanda kanalda qalan “Bukangi” adlı köpəkbalığı hələ də xilas edilməyib
