Ölkəni tərk edin | Rusiyaya gedənlərlə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Miqrantlar öz profillərinə uyğun işləməsələr, Rusiyanı tərk etməli olacaqlar”.
Bu şərt ölkənin Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsində qeyd olunub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, söhbət təşkilati işə qəbul çərçivəsində ölkəyə gələn vətəndaşlardan gedir. Sənədə görə, əgər miqrantlar onları dəvət edən müəssisələrdə işləməkdən imtina etsələr - məsələn, tikintidə işləmək əvəzinə kuryerlik etmək qərarına gəlsələr, 15 gün ərzində Rusiyanı tərk etməli olacaqlar.
Bundan başqa, işə düzəlmək üçün əcnəbilər konkret işəgötürənlə müvəqqəti işləmək hüququnu təsdiq edən xüsusi sənəd də almalıdırlar. Nazirliyin mətbuat xidmətindən o da bildirilib ki, işə qəbulda iştiraka marağı artırmaq və ümumilikdə belə bir mexanizmin gücləndirilməsinə ciddi ehtiyac var.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
