Ömrünü İsraili Livandan çıxarmağa sərf etdi, amma... | Nəsrullah barədə bilinməyənlər
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Livanın paytaxtı Beyrutda həyata keçirdiyi hava hücumları nəticəsində “Hizbullah” hərəkatının baş katibi Seyid Həsən Nəsrullah öldürülüb.
Bəs “Hizbullah” lideri Nəsrullah kimdir?
O, 31 avqust 1960-cı ildə Livanın paytaxtı Beyrutun şimal-şərqindəki Burc Hamud bölgəsində dünyaya gəlib.
1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda 15 yaşı olan Nəsrullah ailəsi ilə birlikdə doğulduğu Sur şəhərinin əl-Bəzuriyə kəndinə qayıdıb və oradakı “Əməl” hərəkatına qoşulub.
İraq və İranın şiə mərkəzlərində dini təhsil alan Həsən Nəsrullah daha sonra Livana qayıdıb və “Əməl” hərəkatının lideri Abbas Musəvinin yaratdığı məktəbdə təhsil alıb.
O, 1982-ci ildə İsrailin Livana hücumundan sonra “Hizbullah” təşkilatına qoşulub. Abbas Musəvi 1992-ci ildə İsrail qüvvələri tərəfindən öldürüldükdən sonra Həsən Nəsrullah “Hizbullah”ın baş katibi seçilib.
İsrail-Livan müharibəsi zamanı, 2006-cı il iyulun 14-də Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofisi İsrailin atdığı bombalar nəticəsində dağıdılıb. Lakin Həsən Nəsrullah sağ-salamat qaça bilib.
Daha sonra İsrailə qarşı mübarizədə populyarlıq qazanıb. Lakin 2011-ci ildə baş verən Suriya inqilabını yatırmaq üçün “Hizbullah” Suriya hökumətinin tərəfinə keçdikdə Həsən Nəsrullah populyarlığını itirib.
O, Livanın cənubunda Fələstin müqavimətinə dəstək üçün İsrailə qarşı cəbhə açıldığını açıqlayıb və bir çox çıxışlarında Qəzzada müharibə bitənə qədər bu cəbhənin sakitləşməyəcəyini bildirib.
Bununla belə, Həsən Nəsrullah bu cəbhənin Fələstinə dəstək cəbhəsi olduğunu vurğulayaraq İsrailə qarşı hərtərəfli müharibəyə girmək istəmədiklərinə eyham vurub.
Livan “Hizbullah”ının baş katibi Seyid Həsən Nəsrullah 2024-cü il sentyabrın 27-də İsrailin Beyruta aviazərbəsindən sonra öldürülüb.
#Livan Respublikası teqi istifadə olunub
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
