Öncəgörmələri ilə məşhur olan “Simpsonlar”ın 2025-ci il üçün dəhşətli proqnozları
Yeniliklərdən dərhal xəbərdar olun
Öncəgörmələri ilə məşhur olan “Simpsonlar” cizgi filmi yeni seriyalarında ABŞ-nin 2025-ci ildə çətin vəziyyətdə olacağı haqda proqnozunu təqdim edib.
Cizgi filminin bölümlərində hadisələrin cərəyan etdiyi “Springfield” şəhərinin ölkə üzrə yayılan böyük bir böhranın parçasına çevrildiyi göstərilir.
Epizodlarda genişmiqyaslı elektrik kəsintiləri, boş mağaza rəfləri, sürətlə artan qiymətlər hər yerdə görünür – yanacaqdoldurma məntəqələrində yanacaq tükənir, mağazalar isə insanların alış-verişinə məhdudiyyətlər qoyur, bankomatlar pul verməyi dayandırır.
Müştərilər son çörək üçün mübahisə edir, mağaza isə üzr istəyir, telefon və internet saatlarla işləmir, bu da insanları əsəbiləşdirir və baş verənləri anlamalarını çətinləşdirir.
Yayda “Springfield” tamamilə xaosa qərq olur. Elektrik kəsintiləri günlərlə davam edir, şəhər qaranlıq və səssizlik içində qalır. İnsanlar həyatda qalmaq üçün çarəsizcə ərzaq və ehtiyac mallarını dəyişməyə başlayırlar. Epizod sona yaxınlaşdıqca qorxulu səhnə ortaya çıxır.
Naməlum bir dron “Springfield” üzərindən uçur və üzərində yanıb-sönən pankart görünür: “Yeni bir normala hazır olun”.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
