Pleyeri seçin:

Onkoloji xəstə işdən niyə çıxarıldı? - "5 ay maaşımı kəsdi, deyir ki, yaxşı etmişəm" - Baku TV

06 fevral 2026 636 baxış

Əslən Füzuli rayonundan olan Teyyubə İbişova onkoloji xəstədir. O, məcburi köçkün kimi uzun illər Bakıda yaşayıb və Seyid Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində nəzarətçi vəzifəsində çalışıb. 4 il əvvəl isə Horadizdə fəaliyyət göstərən Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə nəzarətçi kimi köçürülüb.

Onun sözlərinə görə, bir müddət tanışının evində qalaraq işə gedib-gəlsə də, sonradan həm səhhətinə görə, həm də orada evi olmadığı üçün Bakıya qayıdıb.

Paytaxtdakı iş yerinə qaytarılmasını xahiş edən Teyyubə İbişova xəbər tutub ki, muzeyə 4-5 ay əvvəl direktor təyin olunan Nailə adlı şəxs onu işdən azad edib. Teyyubə xanım deyir ki, bu proses onun xəbəri olmadan aparılıb:

“Mənə dedi, gəl Horadizdə işlə, amma bildirdim ki, 350 manat maaş alıram, kirayə evlərin qiyməti isə 400-500 manatdır. Bu maaşla necə gəlib orada kirayədə qalım? İşdən çıxarma məsələsində də deyir ki, yaxşı etmişəm, mən buyam, sizi adam saymıram”.

Şikayətçi məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də müraciət etdiyini deyir. Onun sözlərinə görə, qurumdan iş yerinə ağır xəstəliyi nəzərə alınaraq işdən çıxarılmaması bildirilib.

Daha bir iddia isə əməkhaqqı ilə bağlıdır. Teyyubə İbişova vurğulayır ki, son 5 aylıq maaşı ona verilməyib. 30 ildən artıq iş stajı olmasına baxmayaraq, ona çıxarılarkən cəmi 143 manat kompensasiya yazılıb.

Məsələ ilə bağlı Füzuli Tarix-Diyarşünaslıq muzeyinin direktoru olduğunu deyən Nailə adlı şəxs qeyd edib ki, səsləndirilən iddialar əsasızdır. Teyyubə İbişova uzun müddət işə gəlmədiyi və xəstəliyi ilə əlaqədar hər hansı sənəd təqdim etmədiyi üçün işdən azad edilib.

Qarabağ Regional Mədəniyət İdarəsindən verilən məlumata görə, mövcud vəziyyət uzun müddət ərzində diqqətlə araşdırılıb. Məsələ ilə bağlı müvafiq aktlar tərtib edilib, əməkdaşa rəsmi xəbərdarlıqlar edilib, izahat verməsi üçün şərait yaradılıb və alternativ iş imkanları təklif olunub. Bütün bu mərhələlərdən sonra məsələ həmkarlar ittifaqı orqanlarında müzakirə edilib və nəticədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilib. Son haqq-hesab isə qanunvericiliyə uyğun qaydada təmin edilib.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 636 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 636 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 636 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 636 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 636 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 636 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 636 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 636 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 636 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 636 baxış
Seçilmişlər
icon