Pleyeri seçin:

Orban bir daha baş nazir ola bilməyəcək?

21 may 2026 419 baxış

Macarıstanın hakim “Tisa” Partiyası parlamentə baş nazirlərin səkkiz ildən çox olmayaraq vəzifədə qalmasına icazə verən və keçmiş baş nazir Viktor Orbanın yenidən vəzifə tutmasının qarşısını alan Konstitusiya dəyişikliyi layihəsi təqdim edib.

Bu barədə “Reuters” məlumat yayıb.

16 illik hakimiyyətdən sonra aprel seçkilərində Orbanı hakimiyyətdən devirən Macarıstanın yeni Baş naziri Peter Madyar demokratiya və balanslı sistemi bərpa etmək üçün Konstitusiya da daxil olmaqla Orbanın “Fides” Partiyası tərəfindən qəbul edilmiş qanunları ləğv etmək və dəyişdirmək üçün parlamentdəki üstünlüyündən istifadə edəcəyini bildirib.

Parlamentin saytında dərc olunmuş düzəliş layihəsinə görə, əvvəllər ən azı səkkiz il Macarıstan hökumətinin başçısı vəzifəsində çalışmış şəxslər baş nazir seçilə bilməzlər. Bu, 1990-cı il mayın 2-dən sonrakı baş nazirlik müddətlərinə aiddir.

Düzəlişdə qeyd olunur ki, baş nazir ümumilikdə səkkiz il və ya iki müddət vəzifədə olduqdan sonra postundan getməlidir.

Dəyişiklik həmçinin 2023-cü ildə Orban tərəfindən yaradılan və Macarıstanın suverenliyinə təhdid hesab edilən media qurumlarını siyahıya alan və ölkənin suverenliyinə təhdid yaradan fəaliyyətləri araşdırmaq səlahiyyətinə malik Suverenliyin Müdafiəsi Ofisinin ləğvinə yol açır.

Qanun layihəsinə əsasən, Macarıstan hökuməti əlavə olaraq ictimai maraq üçün aktivlərin idarə olunması üzrə yaradılmış fondların təsisçi hüquqlarını geri ala bilər. Bu fondlar təxminən iyirmiyə yaxın universiteti idarə edir. Bu halda, Orban hökuməti tərəfindən bu fondlara köçürülmüş yüz milyardlarla forint dəyərində aktivlər dövlət mülkiyyətinə qaytarılacaq.

Banner
Husilərin Ər-Riyada hücumu Yaxın Şərqdə yeni qarşıdurma yarada bilərmi? - Baku TV

Husilərin Ər-Riyada hücumu Yaxın Şərqdə yeni qarşıdurma yarada bilərmi? - Baku TV

Dünya
11 oktyabr 2026 419 baxış
Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi

Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi

Dünya
11 oktyabr 2026 419 baxış
Vaşinqtonun Rusiya siyasətində ziddiyyət

Vaşinqtonun Rusiya siyasətində ziddiyyət

Dünya
11 oktyabr 2026 419 baxış
Coğrafi adlar siyasi ambisiyaların hədəfinə çevrilir? | ABŞ liderindən qəribə fikir - Baku TV CANLI

Coğrafi adlar siyasi ambisiyaların hədəfinə çevrilir? | ABŞ liderindən qəribə fikir - Baku TV CANLI

Dünya
11 oktyabr 2026 419 baxış
El-Ninyo dünyanı necə dəyişəcək?

El-Ninyo dünyanı necə dəyişəcək?

Dünya
11 oktyabr 2026 419 baxış
ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi

ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi

Dünya
11 oktyabr 2026 419 baxış
Vaşinqtonun Rusiya siyasətində ziddiyyət | ABŞ Konqresində qanun layihəsi hazırlanır - Baku TV

Vaşinqtonun Rusiya siyasətində ziddiyyət | ABŞ Konqresində qanun layihəsi hazırlanır - Baku TV

Dünya
11 oktyabr 2026 419 baxış
Çin alimlərinin kəşfi ulduzların təkamülünə yeni işıq salır

Çin alimlərinin kəşfi ulduzların təkamülünə yeni işıq salır

Dünya
11 oktyabr 2026 419 baxış
Tramp və Netanyahu mümkün hücumu müzakirə ediblər

Tramp və Netanyahu mümkün hücumu müzakirə ediblər

Dünya
11 oktyabr 2026 419 baxış
ABŞ İran blokadasını yarmağa çalışan gəmini vurdu

ABŞ İran blokadasını yarmağa çalışan gəmini vurdu

Dünya
11 oktyabr 2026 419 baxış
Seçilmişlər
icon