Orban eskalasiyaya yol verməməyə çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq vəziyyətin kəskinləşməsi Üçüncü Dünya müharibəsinə çevrilə biləcək qlobal münaqişə ehtimalını artırır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O vurğulayıb ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra qlobal münaqişə ehtimalı azalsa da, tamamilə aradan qalxmayıb.
“Gərginliyin artmasına səbəb olan amillər arasında beynəlxalq münaqişələrin sayının artmasını, silahlanma yarışını, ticarət məhdudiyyətlərinin və iqtisadi sanksiyaların güclənməsini, dünyanın hərbi bloklara bölünməsini və kasıb ölkələrdən daha inkişaf etmiş regionlara miqrasiyanın artmasını göstərmək olar”, − deyə Baş nazir qeyd edib.
Viktor Orban əmindir ki, NATO ilə Rusiya arasında hər hansı silahlı münaqişənin baş verməsi Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. O belə bir eskalasiyaya yol verməməyə çağırıb.
#Macarıstan teqi istifadə olunub
- Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI
- Macarıstan və ABŞ arasında əməkdaşlıq sazişləri əldə olunub
- Bekeşçabada keçirilən kolbasa festivalında minlərlə iştirakçı ənənəvi resept uğrunda yarışıb
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
