Orban seçkilərdə qələbə qazansa... | Pekka Toveridən diqqətçəkən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı Macarıstanın Baş naziri Viktor Orbanın seçkilərdə qələbə qazanacağı təqdirdə ölkənin Avropa Şurasında səsvermə hüququnu məhdudlaşdırmağı nəzərdən keçirir.
Bu barədə Avropa Parlamentində Ukrayna–Aİ parlament əməkdaşlığı komitəsinin rəhbəri Pekka Toveri açıqlama verib.
O bildirib ki, bu addım kreditlərin təsdiqlənməsi prosesini asanlaşdırmaq məqsədi daşıya bilər.
“Çox güman ki, Macarıstanın səsvermə hüququ geri alınacaq ki, kreditin təsdiqlənməsi mümkün olsun. Dəqiq vaxt çərçivəsi yoxdur, lakin ehtimal ki, bu, seçkilərdən qısa müddət sonra baş verəcək”, – deyə o qeyd edib.
Daha əvvəl media orqanları Aİ-nin Orbanın yenidən seçiləcəyi halda ona qarşı tədbirlər hazırladığını yazmışdı. Həmçinin “Reuters” agentliyi İttifaq daxilində Orbanın seçkilərdə məğlub olacağına ümid edildiyini bildirib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu
- Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- "Putindən başqa hamı sülh istəyir" | Rusiya bu zəngə sevinir, yoxsa...? - Baku TV
