Ordu daha da güclənir | Almaniya-Ukrayna birgə zavodu fəaliyyətə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın müdafiə sənayesi Almaniyanın tank və zirehli texnika istehsalı ilə məşğul olan “Rheinmetall” şirkəti ilə əməkdaşlığa başlayıb.
Ukraynada fəaliyyət göstərəcək ilk birgə emalatxanada Almaniya avadanlıqlarının istehsalı və təmiri baş tutacaq.
Ölkənin strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, bütün bunlar döyüş maşınlarının bərpasına töhfə verəcək. Nəticədə isə onların cəbhəyə qayıtması prosesi sürətləndiriləcək.
Nazirin sözlərinə görə, gələcəkdə zavodda yeni zirehli maşınlar da istehsal olunacaq.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri “Marder” PDM-ləri, “Wiesel”(vizel) maşınları, “Puma” və “Lynx(links) PDM-ləri, “Skynex”(skayneks) zenit-artilleriya sistemləri və “Rheinmetall” şirkətinin istehsalı olan 2 müxtəlif modifikasiyalı Leopard tankları ilə təchiz edilib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
