Pleyeri seçin:

Özbəkistanın nəhəng mədəniyyət layihəsi | Ağ Evdən 7 dəfə böyükdür

02 dekabr 2025 623 baxış

Özbəkistanın paytaxtı Daşkənddə inşa edilən İslam Mədəniyyəti Mərkəzi səkkiz illik tikinti və hazırlıq prosesindən sonra 2026-cı ilin martında qapılarını açmağa hazırlaşır.

Layihənin məqsədi ölkənin İslam elmi və mədəni irsinin dünyaya təqdim edilməsi, öyrənilməsi və yenidən canlandırılmasıdır.

Mərkəz həm muzey, həm də elmi tədqiqat kompleksi funksiyasını yerinə yetirəcək.

Kompleks üç mərtəbədən ibarətdir. Quruluş Hollivud işarəsindən dörd dəfə hündür, Ağ Evdən isə yeddi dəfə böyükdür. Binanın üst hissəsini 65 metr hündürlüyündə mavi qübbə bəzəyir. Layihə üzərində 40-dan çox ölkədən 1500 mütəxəssis işləyib.

Mərkəzin memarlığı Timurilər dövrünün (XV–XVI əsrlər) məşhur Səmərqənd üslubundan ilhamlanıb — böyük tağlar, mozaika, mavi kaşılarla örtülü günbəzlər və incə ornamentika.

Direktor Firdavs Abduхalikovun sözlərinə görə, burada sadəcə eksponatlar göstərilmir. Alimlərin təfəkkürü, ideyaları, həyatları da təqdim edilir.

Mərkəzdə süni intellekt texnologiyaları ilə tədris zonası, canlandırılmış alim portretləri ilə interaktiv dialoqlar, 200 min kitablıq elmi kitabxana, qlobal alimlərin tədqiqat aparması üçün laboratoriyalar və arxivlər yer alır.

Mərkəz müstəqillikdən sonra Özbəkistanın islam mirasını bərpa səylərinin bir hissəsidir.

Sovet dövründə ölkədən çıxarılmış mədəni eksponatların geri qaytarılması istiqamətində də iş aparılıb. “Christie”s və “Sotheby”s auksionlarında əldə edilmiş 2 mindən çox tarixi artefakt geri gətirilib.

Ekspozisiyada nadir nümunələr təqdim olunacaq. VII əsrə aid Osmanın “Qurani-Kərim”i, müxtəlif dövrlərdə məşhur xəttat və hökmdarların yaratdığı 114 “Quran” əlyazması da mərkəzdə yer alacaq.

Mərkəzin maliyyə dəyəri və maliyyə mənbələri açıqlanmır.

2025-ci ilin sentyabrında baş verən tikinti yanğını açılış tarixini gecikdirib, lakin əsas işlər tamamlanıb.

Banner
Zelenskinin Putindən müharibənin taleyi ilə bağlı gözləntisi - Baku TV CANLI

Zelenskinin Putindən müharibənin taleyi ilə bağlı gözləntisi - Baku TV CANLI

Dünya
12 oktyabr 2026 623 baxış
İran ABŞ-dən danışıqların davamı üçün nə tələb edir? - Baku TV CANLI

İran ABŞ-dən danışıqların davamı üçün nə tələb edir? - Baku TV CANLI

Dünya
12 oktyabr 2026 623 baxış
Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq

Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq

Dünya
12 oktyabr 2026 623 baxış
Almaniyanın yaşıl enerji siyasəti Trampın tənqid hədəfinə çevrildi

Almaniyanın yaşıl enerji siyasəti Trampın tənqid hədəfinə çevrildi

Dünya
12 oktyabr 2026 623 baxış
Rusiyalı mütəxəssis yaxını görməmənin kimlər arasında artacağını açıqlayıb

Rusiyalı mütəxəssis yaxını görməmənin kimlər arasında artacağını açıqlayıb

Dünya
12 oktyabr 2026 623 baxış
Texnologiya müharibəsində yeni təklif hansı sualları gündəmə gətirir?

Texnologiya müharibəsində yeni təklif hansı sualları gündəmə gətirir?

Dünya
12 oktyabr 2026 623 baxış
İndoneziyadakı meşə yanğınları Sinqapurda havanın keyfiyyətini pisləşdirib

İndoneziyadakı meşə yanğınları Sinqapurda havanın keyfiyyətini pisləşdirib

Dünya
12 oktyabr 2026 623 baxış
Fransa Prezidentinə etimad göstəricisi antirekord səviyyəsinə düşüb

Fransa Prezidentinə etimad göstəricisi antirekord səviyyəsinə düşüb

Dünya
12 oktyabr 2026 623 baxış
Qeyri-adi yarışda qar əvəzinə su və yuyucu vasitədən istifadə olunub

Qeyri-adi yarışda qar əvəzinə su və yuyucu vasitədən istifadə olunub

Dünya
12 oktyabr 2026 623 baxış
Vaşinqtonla husilər arasındakı danışıqlar gərginliyi azalda bilərmi?

Vaşinqtonla husilər arasındakı danışıqlar gərginliyi azalda bilərmi?

Dünya
12 oktyabr 2026 623 baxış
Seçilmişlər
icon