Özgür Özəldən qalmaqallı sözlər | “Heç vaxt CHP-nin qapısından belə keçməyənlər...”
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl diqqətçəkən açıqlamalar verib.
Bu barədə Türkiyə mediası xəbər verir.
Özgür Özel jurnalistlərin "Təhdidlər alırsınız?" sualına belə cavab verib:
"Alıram, həbs olunanlar var. Təbii ki, dövlətin də bizim barəmizdə mühafizə qərarı var. Amma həyat yoldaşım və qızıma hədə-qorxu gəlirlər. Onların arasında artıq həbs olunanlar var. Təhdidlər gəlir, müvafiq tədbirlər görülür".
CHP sədri Silivri həbsxanasında saxlanılan keçmiş sədr Əkrəm İmamoğlunun prezidentliyə namizədliyindən də danışıb:
"Əkrəm İmamoğlu rəsmi seçki qərarı verilənə və namizədlik üçün müraciət zamanı gələnə qədər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədidir. Çünki namizədi dəyişmək artıq namizədin də əlində deyil. 15,5 milyon insan gəlib səs verdi. Bu 15,5 milyon insanı təhlil etdikdə görürük ki, heç vaxt CHP-nin qapısından belə keçməmiş insanlar bu partiyanın lehinə səs veriblər. Əkrəm İmamoğlu o insanların namizədidir və biz son ana qədər onun namizədliyini təmin etmək üçün bütün hüquqi və siyasi şərtləri sıxışdıracağıq".
#Türkiyə teqi istifadə olunub
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
- Türkiyədə metallurgiya zavodunda partlayış | Rəsmi Bakıdan başsağlığı - Baku TV
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
